Bu gün evlənirlər  – Rihanna  7 milyona   toya gəlir
13 iyul 2024 15:04 (UTC +04:00)

Bu gün evlənirlər – Rihanna 7 milyona toya gəlir

Asiyanın ən zəngin iş adamı Mukeş Ambaninin kiçik oğlu Anant Ambani mart ayından bəri davam edən şənliklərdən sonra bu gün evlənir.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, toy tədbirləri Hindistanın Mumbay şəhərində başlayıb. Əczaçılıq nəhəngi “Encore”un varisi Anant və Radhika Merchantın 4 günlük nikah mərasimi mart ayında başlayan və Mark Zukerberq və Bill Qeytsin də qatıldığı dəbdəbəli şənliklərlə davam edib.  

Cütlük bu gün Rihanna və Castin Biber də səhnəyə çıxdıqdan sonra “Jio” kompleksində ənənəvi hindu mərasimində evlənəcək. Dünyanın ən zəngin insanlarını bir araya gətirəcək toyda televiziya ulduzu Kim Kardaşyan və İngiltərənin keçmiş baş naziri Toni Bleyr də iştirak edəcək. Bundan əlavə, Adelin çıxış edəcəyi iddia edilir. Toya bacısı Kloe Kardaşyan ilə qatılacaq Kim Kardaşyanın saç ustası və stil məsləhətçisini də özü ilə gətirdiyi bildirilir.  

Hindistanın ən zəngin insanlarından biri olan Ambani ailəsinin bazar ertəsi işçilərinin son qəbulundan əvvəl həftə sonu qonaqları üçün möhtəşəm bir ziyafət təşkil edəcəyi gözlənilir. Ailənin qonaqları Mumbaya gətirmək üçün 3 təyyarə icarəyə götürdüyü də açıqlanıb.  

Axşam saatlarında başlayacaq toy mərasimindən sonra şəhərdə gündəlik həyatın dayanacağı gözlənilir. Şəhər polisi toy mərasiminin keçiriləcəyi ərazi ətrafında bəzi hərəkət məhdudiyyətlərinin tətbiq olunacağını açıqlayıb.

Bazar ertəsinə qədər yerli vaxtla saat 13:00-dan gecə yarısına kimi yalnız toya qatılacaq şəxslərin nəqliyyat vasitələri toyun keçiriləcəyi əraziyə buraxılacaq. Qərar bölgədə yaşayanların etirazına səbəb olub.

Adı tez-tez hallanan Ambani ailəsi hələlik toyun xərcini açıqlamayıb. Bununla belə, toy təşkilatı şirkətləri dünyanın yaxından izlədiyi aylarla davam edən şadlıq və toy mərasiminin xərclərinin artıq 132 milyondan 156 milyon dollara başa gəldiyini bildirir. Rihannaya ifasına görə 7 milyon, Castin Biberə isə 10 milyon dollar ödənildiyi iddia edilir.

Mart ayında başlayan şənliklər çərçivəsində Ambani ailəsi iyun ayında böyük əyləncə gecəsi təşkil edib. Backstreet Boys, Kat Perri və Pitbullun səhnəyə çıxdığı şənliklərə 800 nəfər qatılıb.

“Forbes”in məlumatına görə, 66 yaşlı Mukeş Ambani 115 milyard dollar sərvəti ilə dünyanın 10-cu ən varlı adamıdır. Mukeş Ambani tərəfindən miras qalan və 1966-cı ildə atası tərəfindən qurulan “Reliance Industries” neft və pərakəndə satışdan maliyyə xidmətləri və telekommunikasiyaya qədər müxtəlif sektorlarda fəaliyyət göstərir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4479
avatar

Oxşar yazılar