Çinin paytaxtı Pekində keçirilən boşanma prosesində, 5 illik evlilik dövründə ev işlərində və uşağa baxmaqda arvadına kömək etməyən şəxsin 7 739 dollar təzminat ödəməsinə qərar verilib.
Lent.az-ən xarici mediaya istinadla verdiyi məlumata görə, Çen adlı şəxs 5 illik evlilik həyatından sonra keçən il həyat yoldaşına boşanma iddiası qaldırıb. Əvvəlcə boşanmaq istəməyən Vanq adlı qadın, daha sonra ərinin ev işlərində kömək etməməsi və oğluna qulluq vəzifələrini yerinə yetirməməsi səbəbi ilə təzminat tələb edib.
Pekindəki Fanqşan Bölgə Məhkəməsində keçirilən boşanma prosesində, kişinin ev işlərinə görə arvadına 50 min yuan (7 min 739 dollar) birdəfəlik təzminat ödəməsinə qərar verilib. Bundan əlavə, qərara görə, kişi arvadına aylıq 2 min yuan (təxminən 310 dollar) aliment ödəyəcək.
Cütlüyün boşanmasına qərar verən hakim, mətbuata açıqlamasında ortaq mülkün maddi mülk olaraq gördüyünü, ancaq ev işlərinin mənəvi mülkiyyət dəyərində olduğunu söyləyib.
Sosial media istifadəçilərindən bəziləri məhkəmənin elan etdiyi təzminat miqdarını az hesab etsələr də, bəziləri kişilərin daha çox ev işi görməli olduğunu yazıblar.
Onu da qeyd edək ki, sosial mediada qadınları evlənərkən karyera həyatını bitirməməyə çağıranlar da olub.