Bəyin başına toydan əvvəl görün nə gəldi: Gəlinin  başqa əri varmış
16 noyabr 2023 20:00 (UTC +04:00)

Bəyin başına toydan əvvəl görün nə gəldi: Gəlinin başqa əri varmış

Malayziyada bəy toya bir gün qalmış məlum olub ki, gəlininin başqa əri və uşaqları var.

Lent.az xarici mediaya istinadən bildirir ki, Malayziyanın Kuçinq şəhərinin 28 yaşlı sakini 2021-ci ildə bir qızla tanış olub. 2022-ci ilin oktyabrında nişanlandıqlarını elan ediblər. Toy 2023-cü il noyabrın 10-da baş tutmalı idi.

Toy ərəfəsində bəy və 22 yoldaşı nikah müqaviləsi imzalamaq üçün gəlinin evinə gəlib, lakin o, orada olmayıb. Gəlini və ya atasını tapmaq istəyərkən təsadüfən sirrin üstü açılıb. Məlum olub ki, gəlin artıq evli və iki övladı olduğunu gizlədib.

Uğursuz bəyin sözlərinə görə, o, aldatmaq üçün qəsdən atası ilə əlbir olub. O, polislə əlaqə saxlayıb və bunun ailəsinin şərəfini ləkələdiyini və ciddi itkilərə səbəb olduğunu bildirib: uğursuz toyun hazırlanmasına 30 min rinqqit (4 min dollardan çox) xərclənib.

# 66048
avatar

Oxşar yazılar