Dünyada aparılan tədqiqatlar göstərir ki, emosional tükənmə, narahatlıq və həyatla narazılıq səviyyəsi tarixi maksimuma çatıb. İnsanlar depressiyanı müxtəlif şəkildə yaşasa da, onun ən gizli əlamətlərindən biri ünsiyyət formasında baş verir, xüsusilə də onlayn yazışmalarda.
Lent.az xarici mediaya istinadən daxildən dərin narahatlıq yaşayan insanların mesajlarında daha çox görünən 11 ifadəni təqdim edir.
1. "Sadəcə yorğunam"
Bu, emosional tükənmə, apatiya və ya narahatlığın üzərini örtmək üçün istifadə olunan ifadədir.
2. "Mənə fərqi yoxdur"
Həyata marağın itməsinin, ümidsizliyin və daxili boşluğun göstəricisidir.
3. "Sən başa düşməzsən"
Bu cümlə özünü təcrid etməyi, anlaşılmamağı və emosiyalarının önəmsiz olduğunu düşünməyi ifadə edir.
4. "Hər şey enerjimi alır"
Daimi stress və ya depressiyada olan insanların tipik ifadəsidir.
5. "Bağışla, mesajını görmədim"
Bu cümlə sosial təcrid və emosional yüklənmənin göstəricisi ola bilər.
6. "Sağ ol ki, məni dözürsən"
Güya zarafatla yazılsa da, dərin özünə inamsızlığın və aşağı özdəyərin əlamətidir.
7. "Bağışla, çox bezdiriciyəm"
Daxili narahatlıq və rədd edilmə qorxusunun açıq ifadəsidir.
8. "Bağışla, yatmışdım"
Bu sözlər depressiv vəziyyətin və ya yuxu pozuntusunun örtülü əlaməti ola bilər.
9. "Buna gəlməyəcəm" / "Mən bunu buraxıram"
Sosial təmaslardan imtina – özünü təcrid etmənin bir formasıdır.
10. "Bu gün çox pis görünürəm"
Özünütənqid hissi və mənfi özdəyərləndirmə – bu da ciddi psixoloji narahatlığın göstəricisidir.
11. "Bağışla, əgər çox danışdım"
Emosional həssaslıq və dinlənilmək istəyini göstərir. Amma eyni zamanda “çox gəlmək” qorxusu üstünlük təşkil edir.
Bu ifadələr tək-tək depressiyanı göstərməyə bilər. Lakin siz və ya ətrafınızdakı biri bu cümlələri mütəmadi olaraq yazırsa, ya da bir neçə ifadə eyni vaxtda təkrarlanırsa – bu, diqqətə layiq haldır. Belə vəziyyətdə anlayışlı olmaq və dəstək təklif etmək çox önəmlidir.