15 qadından 107 uşaq:   “Gənc xanımlarla evlənəcəyəm”
15 mart 2023 13:55 (UTC +04:00)

15 qadından 107 uşaq: “Gənc xanımlarla evlənəcəyəm”

Keniyada yaşayan və dünyanın gündəminə çevrilən David Zakayonun həyat hekayəsini eşidənlər məəttəl qalıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Keniya mətbuatına danışan Zakayo, özünün tək bir qadın üçün çox artıq olduğunu, buna görə də çoxarvadlı bir həyat sürdüyünü bildirib.

İlk evliliyini 1987-ci ildə edən David monoqam bir insan olmadığını anladıqdan sonra eyni vaxtda bir çox qadınla münasibət qurmağa başlayıb. Bəziləri ilə evlənən Davidin onlardan övladı var.

8 Arvad, 7 Sevgili: 107 UŞAQ

İndiyədək 8 nəfərlə rəsmi nikahda olan Davidin 7 sevgilisi var. 15 qadınla eyni vaxtda münasibətdə olan Davidin bu qadınlardan 107 uşağı olub.

Mövzu ilə bağlı açıqlamalar verən David, yaşadığı maraqlı həyatı haqda bunları söyləyib:

"Beynimdə tək qadın kişini idarə edə bilməz. İnsan beyni böyük bir qarğıdalı kisəsinə bənzəyir. Onu hərəkət rahatlığı üçün kiçik parçalara ayırmaq lazımdır. Mənə çoxlu arvad lazımdır ki, beynim ve beynimdə fikirləri idarə edə bilsin. Mən tək arvad üçün cox ağıllıyam".

Kasıb adam Davidin, yeganə mülkü qarğıdalı tarlasıdır. Yarım hektar sahəsində istehsal etdiyi məhsulu satan David qarğıdalı ilə yanaşı, şəkər qamışı da istehsal edir.

Böyük ailəsini dolandırmaq üçün çox çalışdığını ifadə edən David, özünü tarixdən kral Salomanla müqayisə etdiyini deyib. Salomanın özü kimi çətin bir həyatı olduğunu xatırladan David, Salomanın 700 arvadı və 300 sevgilisi olduğunu və bu rəqəmə çatana qədər gənc qadınlarla evlənməyə davam edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3489
avatar

Fidan İlqar

Oxşar yazılar