100 yaşında evlənən cütlük  Ginnesin Rekordlar Kitabına düşdü
05 dekabr 2024 19:07 (UTC +04:00)

100 yaşında evlənən cütlük Ginnesin Rekordlar Kitabına düşdü

ABŞ-da Filadelfiya ştatındakı qocalar evində tanış olub evlənən 102 yaşlı Marjorie Fiterman və 100 yaşlı Bernie Littman "ən yaşlı evli cütlük" kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ailə quran cütlük 202 yaş 271 gün olmaqla bu sahədə rekord qırıb.

Ginnes rəsmiləri bu unikal hekayəni açıqlayarkən cütlüyün sevgi və sədaqətini yüksək qiymətləndiriblər.

Keçmiş həyat yoldaşlarını itirdikdən sonra eyni qocalar evində tanış olan Fiterman və Littman xoşbəxt birliklərini görüşdükləri yerdə təşkil edilən mənalı mərasimlə qeyd ediblər. Bu unudulmaz hadisə sevginin yaşı olmadığını bir daha ortaya qoyub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Oxşar yazılar