Lent.az “Bioqrafiya” rubrikasında Avroviziya təmsilçimiz Nigar Camaldan bəhs edir.
- Nigar Camal harada anadan olub?
Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub.
- Nigar Camal harada təhsil alıb?
1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil olub və 2001-ci ildə həmin təhsil ocağını bitirib.
- Nigar Camal nə zaman ailə həyatı qurub?
O, Türkiyə vətəndaşı Haluk Camal ilə ailə həyatı qurub. Evlənəndən sonra Londonda yaşamağa başlayıb. Bu nikahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrılıb və Azərbaycana qayıdıb.
- Nigar Camal ölkəmizi ilk dəfə hansı yarışmada təmsil edib?
Nigar Camal 2010-cu ildə 56-cı Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçim turlarına qatıldı. O, seçim turunun sonuncu, 7-ci həftəsində səhnəyə çıxdı. Dekabrın 27-dən 31-nə qədər baş tutan həftənin sonunda Nigar Camal 12 ifaçı sırasında İlhamə Qasımova ilə birgə yarım-final şousuna vəsiqə qazandı. Yanvarın 10-dan 14-nə qədər keçirilən yarım-final şousunda isə Nigar Camal finala vəsiqə qazanan 5 ifaçıdan biri oldu.
- Nigar Camal hansı janırlarda musiqi ifa edir?
R&B, Soul və Pop janrlarında musiqilər ifa edir.
- Nigar Camal özünü hansı məşhura bənzədib?
Məşhur müğənni Nigar Camal Merlin Monroya bənzədiyini bildirib.
- Nigar Camalın aldığı ən bahalı hədiyyə nə olub?
Sənətçi qonaq olduğu verlişlərin birində bu barədə danışıb. O bildirib ki, “Avroviziya”da qalib gəldikdən sonra dövlət tərəfindən ona ev bağışlanıb:
“İndiyə kimi ən bahalı hədiyyəm ev olub. Qələbə qazandıqdan sonra bizə ev verdilər”.
- Nigar Camalın həyatı nə zaman dəyişdi?
“Avroviziyadan sonra çox şey dəyişdi. O zaman 31 yaşındaydım, amma uşaq kimiydim. Mənim üçün hər şey yeni idi, çünki müğənni deyildim. Həyatım öz axarıyla dəyişdi. Çətin zamanlar da oldu, ancaq indi hər şey istədiyim kimidir”.
- Nigar Camalın xoşbəxt olduğu an?
“Qızlarımla danışanda, zarafatlaşanda xoşbəxt oluram. Hərdən bu zarafatları edəndə xəbərlər çıxır, insanlar qıcıqlanır”.
- Nigar Camalı Azərbaycandan qoparan nə oldu?
Nigar Camalı Azərbaycandan qoparan sevgi olub:
“Çox sevdim və sevgimin məni apardığı yerə getdim”.
- Nigar Camalın həyatındakı özəl anı nə olub?
“Həyatımda mənim üçün özəl olan anlar çoxdur. Yəqin ki, ən özəli övladlarımın dünyaya gəldiyi anlardır. Həyatımda çətin anlar da çox olub. Gənc olanda çətinliklər adama aşılmaz görünsə də, yaş ötdükcə onlarla mübarizə aparmaq daha asan olur. İndi elə yaşdayam ki, çətinliyə yenilmirəm”.
- Nigar Camal eşqi necə yaşayır?
Nigar Camalın sevgi haqqında bu sözləri bildirib:
Mən aşiq olanda çox xoşbəxt oluram. Ümumiyyətlə, sevgi mənim üçün hər şeydir. Bu dünyada məni nə ulduz həyatı, nə pul xoşbəxt edə bilir. Həyatımda sevgi olmayanda özümü çox bədbəxt hiss edirəm. Sevgi məni xoşbəxt edir.
- Nigar Camal hansı məşhurlarla qalmaqal yaşayıb?
Nigar Camal ilə Röya Ayxan arasında qalmaqal olub. Buna səbəb isə Nigarın “İnstagram”da fotolarını paylaşaraq Röyanı mükafat alması münasibəti ilə təbrik etməsi qarşı tərəfi qəzəbləndirib.
Nigar Camal ilə Şəbnəm Tovuzlu arasında da qalmaqal yaşanıb. Buna səbəb isə "Maska" şousunda "Alov" obrazında səhnəyə çıxan məşhuru şərh edən Nigar Şəbnəmlə bağlı bunları deyib:
"Qadın deyil, xoxan tiplidir. Qadın olsaydı deyərdim, Şəbnəm Tovuzludur. Çox isti bir insandır, danışanda yandırır".
- Nigar Camal toylara neçəyə gedir?
Bu gün Azərbaycan toylarına ən çox dəvət alan müğənnilərdən biridə Nigar Camaldır. Onun toy qonorarı 3500 – 4000 AZN aralığındadır.