Aysun İsmayılova kimdir?   - Rəqsanənin qızı haqqında BİLİNMƏYƏN FAKTLAR
30 may 2024 17:58 (UTC +04:00)

Aysun İsmayılova kimdir? - Rəqsanənin qızı haqqında BİLİNMƏYƏN FAKTLAR

Lent.az “Bioqrafiya” rubrikasında pop və estrada janrlarında çıxış edən müğənni Aysun İsmayılova haqqında məlumat verir.

- Aysun İsmayılova nə zaman və harada anadan olub?

Aysun İsmayılova tanınmış Azərbaycan müğənnisi Rəqsanə İsmayılovanın qızıdır. O, 1995-ci il oktyyabrın 5-də Bakıda anadan olub.

- Aysun İsmayılovanın təhsil və musiqi karyerası?

Aysun İsmayılova musiqi təhsilini inkişaf etdirmək üçün müxtəlif  kurslarda və təlimlərdə iştirak edib. Onun musiqi karyerası isə anasının izi ilə gedərək başlayıb. Aysun anası kimi səhnələrdə çıxış etməklə yanaşı, özünəməxsus ifa tərzi və mahnıları ilə də tanınıb.

- Aysun İsmayılovanın ən populyar mahnıları?

Aysun İsmayılova bir sıra məşhur mahnılar ifa etmişdir. Onun "Gəl", “Darıxıram”, “Evləndik”, “Cəsarətim yox”, “Alın yazım” və.s bunun kimi bir çox məşhur mahnıları var.

- Aysun İsmayılova sənətdə hansı addımından peşman olub?

Aysun İsmayılova müsahibələrin birində deyib:

“Olub. Bir dəfə bir mahnı oxumuşdum, xeyli də ona pul tökmüşdüm. Sonra peşman oldum ki, bu nə mahnı idi almışam”.

- Aysun İsmayılova neçə dəfə ailə qurub və kimlərlə?

Aysun İsmayılova ilk evliliyi 2022-ci ilin iyunun 30-da Eşqin adlı bəylə olub. Bu, Aysunun birinci, Eşqinin isə ikinci evliliyi idi. Eşqin daha öncə rus xanımla ailəli olub, ondan bir qız övladı var. Cütlük 2023-cü ilin mayın 5-də ayrılıb.

Aysunun ikinci evliliyi ilə bağlı ilk açıqlamanı isə anası müğənni Rəqsanə İsmayılova ARB televiziyasında bildirib ki, artıq razılıq əldə edilib.  "Aysun etdiyi səhvi təkrarlamaz. O özü də etiraf edir ki, birincidə səhv etdi. Yüz ölçüb, bir biçmək lazımdır. İkinci dəfə o ailə dağılarsa, artıq iki tərəf də günahkardır. Elçi də gəliblər, maraqlanıblar da, inşallah, "bəli" olacaq. Aysuna demişəm ki, ona elə bir toy edəcəm ki, sədası qulaqlardan getməyəcək. 4 gün 4 gcə toy edəcəm”.

- Aysun İsmayılova ikinci evliliyini niyə aylarla gizlədib?

Aysun İsmayılova nikahdan bir neçə ay sonra evləndiyini açıqlayıb. O, nikahı zamanı çəkilən fotoları izləyiciləri ilə bölüşərək bir neçə ay əvvəl ailə qurduğunu açıqlayıb:

"Şəxsi həyatımla gündəmə gəlmək istəmirdim. Bir neçə ay əvvəl ailə həyatı qurmağıma baxmayaraq, paylaşım etməmişdim. Lakin bununla bağlı sosial şəbəkə hesabımın şərh və mesaj bölümünə çox sayda sual daxil olduğu üçün bu xoşbəxtliyimi bütün sevənlərimlə "Sevgililər günü"ndə bölüşmək istədim. Xoşbəxtlik sakitliyi sevir".

- Aysun İsmayılova kimdən şiddət görüb?

Aysun İsmayılova ötən ilin mayında keçmiş həyat yoldaşı Eşqin Cəlilovdan rəsmi şəkildə boşanıb. Aysunun anası müğənni Rəqsanə İsmayılova boşandıqdan sonra qızının həyat yoldaşı Eşqin tərəfindən dəfələrlə döyüldüyünü və təhqirlərə məruz qaldığını söyləyib. Daha sonra Eşqin hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində 30 sutka həbs qərarı verilib. Bundan sonra Aysun şikayət ərizəsini geri götürdüyü üçün Eşqin azadlığa çıxıb.

- Aysun İsmayılova hansı məşhurlarla qalmaqal yaşayıb?

Aysun İsmayılova ilə həmkarları Sevil-Sevinc bacıları arasında qalmaqal yaşanıb. Buna səbəb Aysunun bacıların bütün təqdimat və tədbirlərində iştirak etməsinə baxmayaraq, onların gənc ifaçının klip təqdimatına gəlməməsi olub. İşləri olduğunu deyən Sevil-Sevinc  təqdimat baş tutan saatlarda krivetka yeməyə gedib. Onlar İsmayılovanın “Gözü kör” mahnısına çəkilən klipi öz şəxsi səhifələrində deyil, “story”də paylaşmamaları olub.

- Aysun İsmayılova anası və həmkarı Rəqsanə ilə birlikdə hansı mahnını ifa edib?

Aysun İsmayılova anası Rəqsanə İsmayılova ilə birlikdə 2023- cü ildə "Yenə sən" mahnısını təqdim ediblər.

- Aysun İsmayılova toylara neçəyə gedir?  

Bu gün Azərbaycan toylarına ən çox dəvət alan müğənnilərdən biri də Aysun İsmayılovadır. Aysun Bakıda keçirilən toy mərasimində yarım saatlıq çıxış üçün 3 min manat istəyir. Aysun İsmayılova xına mərasimlərinə də gedir. O, Bakı şəhərində xına mərasimdə yarım saatlıq iştirakı üçün 3 min manat qiymət təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28263
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar