QHT-yə Dövlət Dəstəyi Şurasına 719 min manat ayrılıb
07 fevral 2011 11:51 (UTC +04:00)

QHT-yə Dövlət Dəstəyi Şurasına 719 min manat ayrılıb

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Katibliyin cəmi xərcləri 719 min manat təsdiq edilib. Bunun 47 400 manatını ştatda olan işçilərin əməkhaqqı, 39 960 manatını ştatdankənar işçilərin əməkhaqqı, 15 800 manatını əməyin ödənişi ilə bağlı sair ödənişlər, 22 035 manatını DSMF-yə ödənişlər, 596 805 sair xərclər təşkil edir.


Bu il QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı digər xərcləri üçün 210 min manat nəzərdə tutulur.
# 458

Oxşar yazılar