“Bakcell” cərimələnəcək
07 iyun 2010 11:15 (UTC +04:00)

“Bakcell” cərimələnəcək

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) mobil rabitə operatoru olan «Bakcell» MMC tərəfindən keçirilən «46 gün içində Mercedes-Benz qazan» adlı kampaniyanın dayandırılması barəsində göstəriş verib.


QKDK-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, Komitə tərəfindən aparılmış araşdırmalar nəticəsində «Bakcell» şirkəti tərəfindən «46 gün içində Mercedes-Benz qazan» adlı kampaniyanın təşkili və keçirilməsində lotereya əlamətləri aşkar edilib.


Bununla əlaqədar olaraq QKDK tərəfindən «Bakcell»dən bu kampaniyanın lotereyalar sahəsinə aidiyyətinin araşdırılması məqsədilə müvafiq sənədlərin Komitəyə təqdim edilməsi və araşdırma başa çatanadək həmin kampaniyanın dayandırılması tələb olunub. Lakin «Bakcell» müvafiq tələbnaməni yerinə yetirmədiyinə görə Dövlət Komitəsi Mobil operatorun inzibati məsuliyyətə cəlb olunması üzrə prosedura başlayıb.
# 1023

Oxşar yazılar