Mübariz Mənsimov Türkiyədə dondurma istehsalına başlayır
26 avqust 2010 14:52 (UTC +04:00)

Mübariz Mənsimov Türkiyədə dondurma istehsalına başlayır

İsti keçən avqust ayı və ramazanın da bu aya təsadüf etməsi Türkiyədə dondurma satışının keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artmasına səbəb olub.

Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, 200-ə yaxın gəmi ilə dünyanın ən böyük neft və yük daşıma donanmalarından birinə sahib olan, o cümlədən Türkiyədə otel, avianəqliyyat və inşaat işləri ilə məşğul olan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov da dondurma sektorunda fəaliyyətə başlamağa qərar verib.

Mübariz Mənsimov Pal Gıda adlı şirkət yaradıb. İstanbul Ticarət Dərnəyinin sənədlərinə görə, 100 min türk lirəsi sərmayə ilə qurulan “Pal Gıda” dondurma istehsal edəcək.

Mübariz Mənsimovun bu şirkətdəki ortağı, “Palmali” şirkətlər qrupunun rəhbərlərindən biri olan Nuray Nurcihan Perker deyib ki, “Pal Gıda” qida sənayesində Türkiyədə ilk şirkətləridir: “Hələ fəaliyyətə başlamamışıq. Şirkət lazımi anda bu sahədə sürətli istehsala hazır olmaq üçün qurulub”.

Nuray Nurcihan Perker xatırladıb ki, “Palmali” qrupunun İdarə Heyətinin rəhbəri Mübariz Mənsimov qida sahəsində yalnız məmləkəti Azərbaycanda, Lənkəran şəhərində 2008-ci ildə “Pal Süd” adlı şirkət yaradıb və süd fabrikində 600 nəfər işləyir.
# 1119

Oxşar yazılar