İranla Ermənistanın atom qardaşlığı
25 avqust 2010 17:12 (UTC +04:00)

İranla Ermənistanın atom qardaşlığı

Amma bu o demək deyil ki, bu iki ölkə atom texnologiyası sahəsində əməkdaşlıq etmirlər. Bu baxımdan, Tehranın Yerevan qarşısında borclu olduğunu ehtimal etmək olar.

Lent.az-ın «news.am»-a istinadən məlumatına görə, Ermənistanda AES-in yeni enerji blokunun açılmasına ehtiyac var.

Rusiya «Energetika və maliyyə institutu» fondunun baş mütəxəssisi Sergey Kondratyevin sözlərinə görə, Ermənistanda yeni enerji blokunun Rusiya layihəsi əsasında tikilməsi daha məqsədəuyğundur.

O, bu layihəyə əlavə sərmayəçilər də (layihənin 60 faizini maliyyələşdirəcək) cəlb etmək lazım olduğunu bildirib.

Xatırladaq ki, avqustun 20-də Rusiya ilə Ermənistan arasında imzalanmış müqaviləyə əsasən Moskva Ermənistanda yeni atom bloku tikiləcək. «Rosatom»un başçısı Sergey Kirienkonun dediyinə görə, onlar bu laiyhənin 20 faizini maliyyələşdirə bilər.
Bu layihənin ilkin dəyəri 5 milyard dollardır.

Bu məqsədlə artıq Rusiya-Ermənistan birgə şirkəti yaradılıb. Həmin qurum yeni enerji bloku layihəsinin 40 faizini maliyyələşdirə biləcəyini bəyan edib. Şirkətin başçısı AES-in tikintisi üçün lazım olan maliyyə vəsaitinin hələ dəqiqləşmədiyini söyləyib. Sərmayəçilərə gəldikdə, bu yöndə danışıqlar aparılır. Danışıqlara Ermənistan da cəlb edilib.

Rusiya mütəxəssisləri hesab edir ki, Ermənistanda yeni enerji blokunun tikintisinə İran İslam Respublikası da cəlb edilə bilər. Çünki Tehranla Yerevan arasında elektrik enerji ixrac-idxalına dair anlaşma da mövcuddur. Bu isə İranın həmin layihədə iştirakını mümkün edən amillərdəndir.

Sədrəddin Soltan
# 590

Oxşar yazılar