100 kilometrlik tıxac - FOTO
24 avqust 2010 14:50 (UTC +04:00)

100 kilometrlik tıxac - FOTO

Lent.az-ın “7sur7.be” saytına istinadla məlumatına görə, avtobanlardan birində aparılan təmir işləri nəticəsində ana yollardan birində böyük tıxac yaranıb. 10 gün əvvəl başlanan təmir işlərinin isə 13 sentyabra başa çatması nəzərdə tutulur. Hazırda tıxacın uzunluğu 100 kilometrə yaxınlaşıb. Sürücülər günlərlə avtomobildə oturub, yolun nə zaman boşalacağını gözləyirlər.

Əlbəttə, bu hadisədən xeyir götürənlər də az olmayıb. Yol kənarında yaşayan çinlilər avtomobildən çıxa bilməyən sürücülərə baha qiymətə su və ərzaq sataraq pul qazanırlar.

Vüqar Ələsgərov
# 696

Oxşar yazılar