Vilayət Eyvazovdan yeni təyinat
27 dekabr 2019 16:26 (UTC +04:00)

Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Səbuhi Rüstəmov Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Quba regional şöbəsinə rəis təyin olunub.

S. Rüstəmov buna qədər Qusar rayon Polis Şöbəsi Şahdağ polis bölməsinin rəisi işləyib.

# 1758
avatar

Oxşar yazılar