Messi sirrini açıqladı
27 dekabr 2019 10:43 (UTC +04:00)

Messi sirrini açıqladı

 

“Barselona”nın futbolçusu Lionel Messi cərimə zərbələrini ustalıqla yerinə yetirməsinin sirrini açıqlayıb. 

Lent.az-ın məlumatına görə, 2 ay öncə karyerasında cərimə zərbəsindən 50-ci qolu vuran superulduz təkcə məşqlə buna nail olmadığını bildirib.

Messi belə epizodlarda rəqib qapıçını müşahidə etməyin vacibliyini vurğulayıb: “Son bir neçə ildə topa zərbə vurmamışdan öncə qolkiperin hərəkət edib-etmədiyinə fikir verməyə başlamışam. Həm bu məqamı, həm də canlı səddin necə qurulduğunu indi daha çox analiz edirəm. Bir də məşqlərdə cərimə zərbəsini yerinə yetirməyin üzərində çox çalışıram. Demək olar ki, hər məşqdə buna vaxt ayırıram”.

Qeyd edək ki, 32 yaşlı Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasının formasını geyinir.

 

 

# 1701
avatar

Rizvan Babayev

Oxşar yazılar