Azərbaycanda ipoteka ilə alınan evlər də sığortalanmalıdır? - CAVAB
24 dekabr 2019 12:36 (UTC +04:00)

Azərbaycanda ipoteka ilə alınan evlər də sığortalanmalıdır? - CAVAB

Gələn ilin yanvar ayında qüvvəyə minəcək yeniliklərdən biri da daşınmaz əmlakın icbari sığortası ilə bağlıdır.  Məlumatlara görə, yanvarın 1-dən istənilən növ daşınmaz əmlakını sığorta etdirməyənlər müvafiq məbləğdə cərimələnəcək. Ancaq hələ də bu cərimələrin hansı ev sahiblərinə şamil olunmayacağı məlum deyil. Məsələn, ipoteka ilə alınan evlər avtomatik sığortalanırlar. Yanvarın 1-dən sonra bu evlər yenidən sığortalanmalıdırmı?

Tanınmış sığorta eksperti Nicat Əlibəyli Lent.az-a bildirib ki, yeni dönəmdə ipotekada olan evlər də sığortalanmalıdır:

“Ümumiyyətlə, 2011-ci ildən ipotekada, yaxud bankda girovluqda olmasına baxçayaraq, bütün daşınmaz əmlakların sığortalanması məcburidir. 2020-ci ildən daşınmaz əmlakını sığorta etdirməyənlər cərimələnəcək. Burada bəziləri deyir ki, mənim evimin sənədi yoxdur, ev müqavilədədir və ya ipotekadadır. İpotekada olan ev bankın verdiyi məbləğ dəyərində sığortalanır. Ancaq könüllü sığortadan əlavə, icbari sığorta da olmalıdır. Ehtimal olunur ki, gələn ilin yanvarından daşınmaz əmlakını sığorta etdirməyənlər 30 manat cərimə ediləcək və bu məbləğ hər 20 gündən bir təəssüf ki, artacaq”.

Hansı evlərin sığortalanmasına ehtiyac olmadığına aydınlıq gətirən Nicat Əlibəyli, “kupça”sı olmayan evlrəin də sığortalana bildiyini qeyd edib:

“Qanunvericiliyə əsasən, istismara yararsız olan, sökülməyi planlaşdırılan evlər sığortalanmamalıdır. Əgər daşınmaz əmlaka “kupça” verilməyibsə, deməli, o müqavilə əsasındadır. Həmin evlər müqavilə əsasında olduğu üçün sığortalanır. Əmlakı tanıyan istənilən hüquqi sənədlə sığorta mümkündür. Müqavilə əsasında olub, sığorta edilməyən bina evlərinin sahibləri də cərimələnəcək. Bu mexanizmi hansı qurumun və necə tətbiq ediləcəyi, hələ ki məlum deyil”.

# 3794
avatar

Mehman Nəbiyev

Oxşar yazılar