Bu gün “TOEFL IBT” və “PTE Academic” ingilis dili imtahanları keçirilib
19 may 2019 14:19 (UTC +04:00)

Bu gün “TOEFL IBT” və “PTE Academic” ingilis dili imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) “TOEFL IBT” və “PTE Academic” ingilis dili imtahanları keçirilib.
 
DİM-dən Lent.az-a bildirilib ki, imtahanlar mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
 
Qeyd edək ki, növbəti “TOEFL” imtahanının iyunun 1-də keçirilməsi nəzərdə tutulur.
 
Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/
# 1513
avatar

Oxşar yazılar