[b]Tramp bu şirkətin cihazlarından istifadəni QADAĞAN ETDİ[/b]
18 may 2019 11:44 (UTC +04:00)

[b]Tramp bu şirkətin cihazlarından istifadəni QADAĞAN ETDİ[/b]

Prezident Donald Trampın imzaladığı göstəriş ölkə daxilində fövqəladə vəziyyət yaradır və ABŞ şirkətlərinə, ölkə maraqlarına təhlükəli ola biləcək telekommunikasiya cihazlarından istifadəni qadağan edir. 
 
Lent.az technote-a istinadən xəbər veri ki, Trampın imzaladığı bu göstəriş əsasən Çinin Huawei şirkətini əhatə edir. 
 
ABŞ-ın böyük şirkətləri artıq Huawei cihazlarından istifadə etmirlər. Lakin imzalanmış yeni göstəriş Çin şirkətlərinin texnologiyalarından istifadə edərək öz vəsaitlərinə qənaət etmək istəyən kiçik müəssisələri də əhatə edə bilər.
 
Məlumata əsasən, bu göstəriş sənədinin baxılmasına 1 il vaxt sərf olunub. Lakin onun qəbul olunması bir neçə dəfə təxirə salınıb. 
 
Huawei şirkətinin rəhbəri David Vang, müsahibəsində bildirib ki, ABŞ-da Huawei şirkətinin telekommunikasiya təchizatının istifadəsinə qadağanın qoyulması biznesə heç bir zərər vurmayacaq: “Biz bütün dünya üzrə çalışırıq və konkret ölkələrdə dəyişikliklər zamanı biz stabil olaraq işləməyə davam edirik.
 
# 2179
avatar

Oxşar yazılar