<b>Gürcüstanın AŞ Nazirlər Komitəsinə sədrlik edəcəyi tarix açıqlandı</b>
17 may 2019 21:15 (UTC +04:00)

Gürcüstanın AŞ Nazirlər Komitəsinə sədrlik edəcəyi tarix açıqlandı

Gürcüstan gələn ilin yazında Avropa Şurası Xarici İşlər nazirlərinin görüşünə ev sahibliyi edəcək. 

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə  ölkənin XİN başçısı David Zalkaliani məlumat verib. 

O bildirib ki, Gürcüstan artıq AŞ NK-nın sədrliyinə hazırdır və indidən bir sıra prioritetlər müəyyənləşdirib.

"Noyabrda Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Fransadan təhvil alacaq. Bu böyük məsuliyyətdir. Biz artıq buna hazırıq və prioritetlərimizi müəyyənləşdirmişik".- deyə Zalkaliani vurğulayıb.

# 1730
avatar

Oxşar yazılar