[b]Yeni doğulan əkiz uşaqlardan biri öldü - Sabirabadda[/b]
17 may 2019 17:18 (UTC +04:00)

[b]Yeni doğulan əkiz uşaqlardan biri öldü - Sabirabadda[/b]

Sabirabadda yeni doğulan əkiz uşaqlardan biri ölüb.
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, mayın 16-da rayonun Şəhriyar qəsəbəsindəki düşərgədə məskunlaşan məcburi köçkün, Cəbrayıl rayonunun Mahmudlu kənd sakini, 1998-ci il Əsədova Mülayim Baris qızı doğuşla əlaqədar Sabirabad Perinatal Mərkəzə daxil olub. Əkiz uşaqlara hamilə olan M.Əsədovanın üzərində mayın 17-də qeysəriyyə əməliyyatı aparılıb.
 
Əməliyyat zamanı çəkisi 3,8 kq olan oğlan uşağı ana bətnindən sağlam götürülüb. Qız cinsindən olan körpə isə ölüb.
# 1511
avatar

Oxşar yazılar