<b>Döyə-döyə adam öldürənə <span style="color:red;">HÖKM OXUNDU </b>
14 may 2019 11:25 (UTC +04:00)

Döyə-döyə adam öldürənə HÖKM OXUNDU

 
Döyə-döyə adam öldürməkdə təqsirləndirilən Nizam Məmmədzadənin cinayət işi üzə məhkəmə prosesi başa çatıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, N.Məmmədzadə 10 il 6 ay azadlıqdan məhrum edilib.
 
 
Qeyd edək ki, ötən il oktyabrın 10-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki “Ordubad” kafesində N.Məmmədzadə Elçin Ələkbərovu xüsusi amansızlıqla döyüb. E.Ələkbərov qaralı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
 
N.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
 
# 846
avatar

Səlcuq Elçin

Oxşar yazılar