<b>56 yaşlı kişiyə 200 min manat "atan"ı məhkəmə zalında qandalladılar</b>
13 may 2019 15:51 (UTC +04:00)

56 yaşlı kişiyə 200 min manat "atan"ı məhkəmə zalında qandalladılar

Dələduzluqda təqsirləndirilən Elnur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən Elnur Rzayev 7 il 4 müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və mıəhkəmə zalından həbs olunub.
 
Qeyd edək ki, Bakı şəhər sakini 56 yaşlı Sənan Həsənov hüquq-mühafizə orqanlarına müraciət edərək 1983-cü il təvəllüdlü E.Rzayev tərəfindən dələduzluqla üzləşdiyini bildirib. 
 
S.Həsənov deyib ki, E.Rzayev onun 192 min manat pulunu alaraq qaytarmayıb.
 
Daha sonar E.Rzayev saxlanılıb. Məlum olub ki, o, daha 2 nəfərə qarşı da dələduzluq edib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
# 1304
avatar

Səlcuq Elçin

Oxşar yazılar