[b]Sabahın HAVA PROQNOZU açıqlandı[/b]
07 may 2019 13:05 (UTC +04:00)

[b]Sabahın HAVA PROQNOZU açıqlandı[/b]

Ölkə ərazisində sabah müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mayın 8-də  Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz
cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz  26-28 dərəcə isti təşkil edəcək.
 
Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütununu, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz olacaq.    
 
Rayonlarda mayın 8-də ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 13-16, gündüz  27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə  isti təşkil edəcək.  
# 791
avatar

Aygün İbrahimli

Oxşar yazılar