<span style="color:red;">DİQQƏT!  - Bu yollarda söküntü işləri gedir
06 may 2019 11:36 (UTC +04:00)

DİQQƏT! - Bu yollarda söküntü işləri gedir

Bu yolda söküntü işləri aparılır
 
Bakı-Ələt-Qazax-Gürcüstan yolunda söküntü işləri aparılacaq.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 110-120-ci km-lik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü işləri aparılır.
 
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
# 751
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar