<b>Zelenski Türkiyə otelində nə qədər <span style="color:red;">PUL XƏRCLƏDİ ?</b>
30 aprel 2019 13:21 (UTC +04:00)

Zelenski Türkiyə otelində nə qədər PUL XƏRCLƏDİ?

Xəbər verildiyi kimi, Ukraynada keçirilmiş prezident seçkilərinin qalibi Vladimir Zelenski aprelin 26-da sosial şəbəkədə ailəsi ilə birlikdə Türkiyənin Bodrumda yerləşən beşulduzlu otellərinin birində istirahətə getməsi barədə paylaşım etmişdi.
 
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, üçgünlük tətil müddətində Ukraynanın yeni prezidenti burada təxminən 30 min dollar pul xərcləyib. 
 
Yol xərcini – təyyarə biletlərini də nəzərə alsaq, bu rəqəm təxminən 33 min dollar edir. 
 
Sözügedən otelin əməkdaşı bildirib ki, ailənin qaldığı villanın birgünlük qiyməti təxminən 10 min dollar təşkil edir (yayda isə bu rəqəm bir qədər aşağı düşür).
 
Zelenski sosial şəbəkədəki paylaşımında son dörd ayda ilk dəfə istirahət edəcəyini etiraf etmişdi.
# 868
avatar

Oxşar yazılar