[b]"Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb" - Nazir müavini[/b]
30 aprel 2019 11:24 (UTC +04:00)

[b]"Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb" - Nazir müavini[/b]

"Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb".
 
ONA-nın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
 
Nazir müavini qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərin həlli barədə imzaladığı fərmandan irəli gələn tapşırıqlar icra olunur: "Hazırda məhkəmələrdə problemli kreditlərlə bağlı heç bir hərəkət aparılmır".
 
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli fərman imzalayıb.
# 679
avatar

Oxşar yazılar