Bakının mərkəzində avtomobillərin hərəkəti bərpa edildi
30 aprel 2019 10:15 (UTC +04:00)

Bakının mərkəzində avtomobillərin hərəkəti bərpa edildi

Bu gündən Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti bərpa edilib.
 
ONA-nın xəbərinə görə, Azadlıq meydanından başlayaraq, Puşkin, Xəqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi, Azneft dairəsi və Dənizkənarı bulvar, Neftçilər prospektinə kəsişən, bitişən, paralel olan əksər küçələrdə avtomobillərin hərəkəti bərpa olunub.
 
Qeyd edək ki, aprelin 22-dən etibarən "Formula-1" Azərbaycan Qran-pri yarışları ilə əlaqədar yuxarıda qeyd olunan küçə və prospektlərdə avtomobillərin istiqaməti dəyişdirilərək bağlanılıb. 
 
Xatırladaq ki, bu il "Formula-1" yarışı 26-28 aprel tarixlərində keçirilib.
# 540
avatar

Oxşar yazılar