Qrip ana körpəsini əmizdirə bilərmi?
30 aprel 2019 00:37 (UTC +04:00)

Qrip ana körpəsini əmizdirə bilərmi?

Anaların körpələrinə hansı hallarda süd verməməsi barədə müxtəlif fikirlər mövcuddur. Mütəxəssislər ana südünün verilməsinə çox nadir hallarda qadağaların olduğunu vaxtaşırı açıqlasalar da, hələ də yanlış vərdişlərin davam etdiyi bildirilir.

Bəs qrip olan qadın uşağını əmizdirə bilərmi?

E-tibb.az bununla bağlı pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun fikirlərini təqdim edir:

Qrip olan ana körpəsini əmizdirə bilər, ana əmizdirməyə davam etməlidir. Belə halda südlə körpəyə hər hansı bir zərər olmaz. Ancaq ananın qripi tənəffüs yolundan hava-damla yolu ilə körpəyə keçə bilər, ona görə də bunun qarşısını almaq lazımdır. Burda da əsas olan ana ilə körpənin təmasını mümkün qədər məhdud olmalıdır ki, ananın qripi körpəyə keçməsin. Bunun üçün ana əmizdirmə zaman maska taxmalıdır. Maska yoxdursa, burnu və ağzı tutacaq şəkildə təmiz bir tənziflə bağlamalıdır.

Hər əmizdirmədən əvvəl əllərini sabun su ilə yumalıdır.

Mümkün qədər əmizdirmədən savayı körpə ilə təmas azaldılmalıdır, eyni otaqda yatılmamalı, otağın havası tez-tez dəyişilməlidir.

Ümumiyyətlə, yalnız xüsusi hallarda yəni çox nadir xəstəliklərdə: bəzi ağır infeksiyalar (HİV, kəskin tüberklyoz kimi) və bəzi ağır preparatların qəbulu kimi halları istisna etsək, ananın körpəsini əmizdirməsinə əks göstəriş yoxdur.

 

e-tibb.az

# 744
avatar

Oxşar yazılar