[b]Putindən Zelenskiyə MƏSLƏHƏT: Saakaşviliyə Ukrayna pasportunun qaytarılması...[/b]
29 aprel 2019 16:47 (UTC +04:00)

[b]Putindən Zelenskiyə MƏSLƏHƏT: Saakaşviliyə Ukrayna pasportunun qaytarılması...[/b]

Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskiyə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə Ukrayna pasportunu geri qaytarmağı məsləhət görüb. 
 
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidenti ukraynalı həmkarına azadlıqlarla bağlı Rusiyadan başlamamağı tövsiyə edib: "Bu mənada Rusiyadan, rusiyalılardan deyil, elə gürcülərdən və ya keçmiş gürcüdən başlamaq daha yaxşı olar. Misal üçün, keçmişdə gürcü olan, bu gün isə özünü ukraynalı hesab edən Mixeil Saakaşviliyə Ukrayna pasportunun qaytarılması ədalətli olardı".
 
Putinin sözlərinə görə, Saakaşvili qanunsuz olaraq vətəndaşlıqdan məhrum edilib və ölkədən qanunsuz çıxarılıb: "Bugünki Ukrayna rejiminin təqiblərindən qaçaraq ölkəni tərk etmək məcburiyyətində qalan bir sıra Ukrayna vətəndaşları kimi onu da geri qaytarmaq və pozulmuş hüquqlarını bərpa etmək lazımdır".
 
Qeyd edək ki, Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Rusiya vətəndaşlarına Ukrayna pasportunu almaq prosedurunu sadələşdirəcəyini bəyan edib.
# 884
avatar

Oxşar yazılar