[b]Qorxunc statistika: bu ilin ilk rübündə 4909 heyvan dişləməsi faktı olub - VİDEO[/b]
22 aprel 2019 21:55 (UTC +04:00)

[b]Qorxunc statistika: bu ilin ilk rübündə 4909 heyvan dişləməsi faktı olub - VİDEO[/b]

Bu ilin ilk rübündə xəstəxanalara 4909 müraciət daxil olub
2019 cu ilin ilk rübündə 4909 heyvan dişləməsi ilə bağlı xəstəxanalara müraciət olunub.
 
Səhiyyə Nazirliyindən verilən məlumata görə bu müraciətlərin 90 faizi it dişləməsi ilə bağlıdıdr.
 
Bu isə elə də kiçik rəqəm deyil. Ölkəmizdə it dişləməsi zamanı quduzluq əleyhinə vurulan vaksinlə bağlı problem olmasa da sahibsiz itlərin insanlar üçün yaratdığı problem qaçılmazdır. Çünki ölkədə belə mübarizə zamanı insanlar arasında iki fikir ayrılığı yaranır.
 
Bir qisim belə heyvanların zərərsizləşdirilməsinin tərəfdarıdırsa. digər bir qisim, heyvan sevənlər isə bunu heyvanlara qarşı zor, qəddarlıq kimi qiymətləndirirlər.
 
Elə bu da mübarizəyə öz təsirini göstərir. Məlumdur ki, itin ağzına düşməmək üçün belə tədbirlər vaxtında görülməlidir.
 
Bu il fevral ayının 15-də Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. 2018-ci ildən başlanan layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində, eyni zamanda, müxtəlif maarifləndirmə işləri aparılır.
 
Görülən işlərə baxmayaraq hələ də sahibsiz itlərin artımı və yaratdığı təhlükə qalmaqdadır. Aidiyyəti qurumlar məsələnin kökündən həlli üçün əlavə tədbirlər görməlidirlər. Mövcud olan mərkəz tam şəkildə sahibsiz heyvanların yığılmasını təmin edə bilmədiyindən, paytaxtda əlavə mərkəz yaradılması mühüm əhəmiyyət kəsb edir.
 
Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşlara xəbərdarlıq edib. Onlardan ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir.
 
(REAL TV)
# 712
avatar

Oxşar yazılar