<b>Namiq Qaraçuxurlunun səhhəti pisləşdi -<span style="color:red;"> ƏMƏLİYYAT OLUNACAQ</b>
19 aprel 2019 10:59 (UTC +04:00)

Namiq Qaraçuxurlunun səhhəti pisləşdi - ƏMƏLİYYAT OLUNACAQ

Meyxanaçı Namiq Qaraçuxurlunun səhhətində problem yaranıb. Lent.az-ın məlumatına görə, söz ustası "Şou news" verilişində bildirib ki, əməliyyat olunmalıdır: "1 il yarımdan sonra ayağıma taxılan millər götürülməli idi, amma qalırdı. Mənim işlərimin çoxluğu buna imkan vermirdi. Buna görə də əsa ilə gəzirdim. Mayda yenidən əməliyyat masasına oturacam və ayağımdakı millər çıxarılacaq. Ondan sonra yəqin ayağa durmağım 2 ay vaxt tələb edir. İndi axsayıram. Mənə istirahət lazımdır. İnsanlar isə məndən sağlam adam kimi nəsə tələb edirlər. Bəzi yerlərə yubanıram, bəzisinə isə gedə bilmirəm. Əslində mən gəzməməliyəm, uzanıb dincəlməliyəm".

 

# 1289
avatar

Yalçın UĞUR

Oxşar yazılar