[b]Fuad Qəhrəmanlının qızının döyülməsi faktı araşdırılır - DİN[/b]
18 aprel 2019 11:41 (UTC +04:00)

[b]Fuad Qəhrəmanlının qızının döyülməsi faktı araşdırılır - DİN[/b]

Daxili İşlər Nazirliyi (DİN) AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edilməsi və təhqir olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
 
Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya açıqlamasında məlum hadisə ilə bağlı nazirliyin “102 Xidməti”nə müraciət daxil olduğunu bildirib: “Həmin yeniyetmə və anası Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət olunublar. Onların ərizəsi alınıb, araşdırma aparılır. Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.
 
Qeyd edək ki, sosial şəbəkələrdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum olması ilə məlumat yayılıb.
# 752
avatar

Oxşar yazılar