Bakıya əlavə tullantı konteynerləri gətiriləcək
17 aprel 2019 12:52 (UTC +04:00)

Bakıya əlavə tullantı konteynerləri gətiriləcək

Bakı Şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən, Bakıya ilkin olaraq 1540 ədəd Almaniya və Rusiyanın birgə istehsalı olan tullantı konteyneri gətirilib.
 
ONA xəbər verir ki, konteynerlər ilk olaraq Nərimanov, Səbail, Yasamal və Nəsimi rayonlarında quraşdırılıb. Quraşdırılan konteynerlərin rəngi hər rayona görə dəyişir. Aprel ayının sonuna daha 110 ədəd konteynerin gətiriləcəyi bildirilir. Gələn ayın əvvəli isə daha 125 ədəd sırf Almaniya istehsalı olan konteyner gətiriləcək.
 
Qeyd edilib ki, tələbata uyğun olaraq əlavə konteynerlərin gətirilməsi istisna deyil.
# 621
avatar

Oxşar yazılar