"Bu tarix önə çəkilə bilər" - Ərdoğan “S-400”-lərdən danışdı
10 aprel 2019 11:16 (UTC +04:00)

"Bu tarix önə çəkilə bilər" - Ərdoğan “S-400”-lərdən danışdı

“Müdafiə sənayesi sahəsində “S-400” Zenit raket kompleksi təkcə Türkiyənin yox, bütün dünyanın gündəmindədir”.
 
ONA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdarkən təyyarədə jurnalistlərə deyib.
 
Ərdoğan bildirib ki, getdiyi hər yerdə Rusiyadan alınacaq “S-400” raketləri ilə bağlı sualla qarşılaşır. Prezidentin əlavə edib ki, “Alırsınız ya almırsınız? Nə üçün almırsınız? Almaqdan vaç keçin” kimi suallara verdikləri cavab belə olur:
 
“Biz bu işi bitirmişik, hər şey tamamdır. “S-400” raket sistemini bu ilin iyulunda təhvil alacağımıza dair xəbərlər doğru deyil. Bu tarix önə çəkilə bilər. ABŞ-dan bu məsələ ilə bağlı davamlı təhrik olur”.
 
Ərdoğan ABŞ-dan daha əvvə 3 ədəd “F-35” təyyarəsi aldıqlarını deyərək, əlavə edib ki, 4-ci təyyarə dünən təslim edilib:
 
“Təlimlər davam edir. “F-35”lə bağlı mənfi rəy yoxdur. Təkrar edirəm ki, “S-400”lə bağlı razılaşma əldə edilib, prosesin təhvil-təslim mərhələsindəyik. Elan olunduğu tarixdə təhvil-təslim reallaşacaq”.
# 621
avatar

Oxşar yazılar