[b]87 illik rekord təkrarlandı - İtaliyada[/b]
05 aprel 2019 19:21 (UTC +04:00)

[b]87 illik rekord təkrarlandı - İtaliyada[/b]

“Atalanta” İtaliya A Seriyasının 30-cu turunda “Bolonya”nı 4:1 hesabıyla məğlub edib.
 
Lent.az komanda.az-a istinadla xəbər verir ki, “Atalanta” bu oyunda “Yuventus”un rekordunu təkrarlayıb.
 
Belə ki, “Atalanta” 4 qolu da görüşün ilk 15 dəqiqəsində vurub. Sonuncu dəfə belə uğura “Yuventus” imza atmışdı. 
 
Turin təmsilçisi 87 il əvvəl, 1932-ci ildə “Roma”nı 7:1 hesabıyla məğlub etdiyi görüşdəki 4 qolu matçın ilk 15 dəqiqəsində vurmuşdu.
# 908
avatar

Oxşar yazılar