Hakimdən 100-cü qırmızı vərəqə - TARİXƏ DÜŞDÜ
03 aprel 2019 19:48 (UTC +04:00)

Hakimdən 100-cü qırmızı vərəqə - TARİXƏ DÜŞDÜ

İngilis referi Mayk Din Premyer Liqanın 33-cü turunda keçirilən “Vulverhempton” – “Mançester Yunayted” görüşünü idarə edib.
 
Lent.az komanda.az-a istinadən xəbər verir ki, sözügedən qarşılaşmada “qırmızı şeytanlar”ın futbolçusu Eşli Yanqa qırmızı vərəqə göstərən Din, Premyer Liqanın tarixinə düşüb.
 
50 yaşlı referi hakimlik karyerasında 100-cü qırmızı vərəqəsini göstərib. O, bununla da, Premyer Liqa tarixində ən çox qırmızı vərəqə verən referi olub.
 
“Mançester Yunayted”in 10 nəfərlə bitirdiyi matçda, “Vulverhempton” 2:1 hesabıyla qələbə qazanıb.
# 653
avatar

Oxşar yazılar