Türkiyədə seçki günü zəlzələ oldu
31 mart 2019 17:31 (UTC +04:00)

Türkiyədə seçki günü zəlzələ oldu

Türkiyədə zəlzələ baş verib.  Lent.az  Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Dənizli şəhərinin Acıpayam bölgəsində olub. Zəlzələnin gücü  4.9 bal hesablanıb.
 
Yeraltı təkan Dənizli ilə yanaşı, İzmir, Aydın və Muğla şəhərlərində də hiss olunub. 
 
Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
 
 
# 759
avatar

Oxşar yazılar