Əfqanıstanda daşqınlar 19 can aldı
29 mart 2019 19:08 (UTC +04:00)

Əfqanıstanda daşqınlar 19 can aldı

Əfqanıstanın qərb və şimal hissələrində daşqınlar nəticəsində azı 19 nəfər həlak olub.
 
Lent.az Trend-ə istinadən bildirir ki, şiddətli yağıntıların səbəb olduğu daşqınlar Herat, Badgis və Fəryab əyalətlərində ciddi fəsadlar törədib.
 
Bundan başqa, 20-dən çox sakin xəsarət alıb, 10-dan çox şəxs itkin düşüb.
 
Yüzlərlə ev, kənd təsərrüfatı sahələri dağılıb.
# 861
avatar

Oxşar yazılar