ATV-nin aparıcısının evini yardılar: <span style="color:red;">37 minlik soyğun
24 mart 2019 14:07 (UTC +04:00)

ATV-nin aparıcısının evini yardılar: 37 minlik soyğun

Abşeronda evdən 37 min manatlıq oğurluq olub.
 
ONA-nın yerli bürosunun məlumatına görə, martın 22-də Abşeron rayonu Mehdiabad qəsəbəsində Vüsal Qurbanova məxsus mənzil qarət edilib.
 
V. Qurbanovun evindən 30 min manatlıq qızıl və 7 min manat  pul oğurlanıb.
 
Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb.
 
Araşdırma aparılır.
 
Qeyd edək ki, Vüsal Qurbanov ATV-nin idman xəbərlərinin aparıcısıdır.
# 1289
avatar

Oxşar yazılar