Qəbələdə partlayış: 4 nəfər xəsarət aldı
24 mart 2019 10:09 (UTC +04:00)

Qəbələdə partlayış: 4 nəfər xəsarət aldı

 
Ötən gecə Qəbələ rayonunda ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.
 
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib. Yanğın hadisəsi olmayıb.
 
Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
# 810
avatar

Oxşar yazılar