"Windows 7" tarix olur
21 mart 2019 22:33 (UTC +04:00)

"Windows 7" tarix olur

 
“Microsoft” şirkəti yaxın zamanda “Windows 7” əməliyyat sistemlərinə xidməti dəstəyin başa çatacağını bildirib.
 
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, istifadəçilərə ünvanlanmış belə bir bildiriş şirkətin rəsmi saytında yer alıb.
 
Qeyd olunur ki, “Windows 7”-nin yenilənməsi 2020-ci ilin 14 yanvarında başa çatacaq. İstifadəçilərə isə artıq 18 apreldən etibarən bu barədə xəbərdarlıq göndəriləcək.
 
Qeyd edək ki, “Microsoft” şirkəti “Windows 7”-ni 2009-cu ildən istifadəyə verib. Onun davamçısı olan “Windows 8” isə 2023-cü il yanvarın 10-dək dəstək görəcək.
 
# 750
avatar

Oxşar yazılar