[b]Keçmiş məhkum yenidən tutuldu - SOYĞUNÇULUQ[/b]
18 mart 2019 11:28 (UTC +04:00)

[b]Keçmiş məhkum yenidən tutuldu - SOYĞUNÇULUQ[/b]

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a məlumat verilib ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Araşdırmalarla onun Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Kazımov olduğu müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.
# 474
avatar

Oxşar yazılar