[b]İstirahət günlərinin CİNAYƏT HADİSƏLƏRİ - 31 nəfər saxlanıldı[/b]
18 mart 2019 10:31 (UTC +04:00)

[b]İstirahət günlərinin CİNAYƏT HADİSƏLƏRİ - 31 nəfər saxlanıldı[/b]

Martın 16-dan 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
 
Verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 31 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
# 332
avatar

Səlcuq Elçin

Oxşar yazılar