Armatur oğruları tutuldu
15 mart 2019 12:50 (UTC +04:00)

Armatur oğruları tutuldu

Bakıda 20 ton armatur oğurlayan şəxslər saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Bakı şəhər sakini V.Həsənova məxsus 20 ton armaturun oğurlanması ilə bağlı müraciət daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakinləri R.Sadıxov və İ.Kərimov tutulublar.
# 521
avatar

Oxşar yazılar