<b>Qohumların mübahisəsi qanla bitdi</b>
15 mart 2019 11:09 (UTC +04:00)

Qohumların mübahisəsi qanla bitdi

Bərdədə qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
 
ONA-nın məlumatına görə, Bərdə şəhər sakini, 1987-ci il təvəllüdlü Abdullayev Vasif Vaqif oğlu aralarında baş verən münaqişə zəminində qohumu,  Bərdə şəhər sakini, 1972-ci il təvəllüdlü Abdullayev Eldəniz Telman oğlunu bıçaqlayıb.
 
Üç bıçaq xəsarəti alan E.Abdullayev Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. V.Abdullayev isə şübhəli şəxs qismində həbs olunub.
 
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanıb.
# 624
avatar

Oxşar yazılar