<b>“Real TV”-nin 1 yaşı oldu</b>
15 mart 2019 10:53 (UTC +04:00)

“Real TV”-nin 1 yaşı oldu

“Real TV”nin yaranmasından 1 il ötür.  
 
ONA xəbər verir ki, telekanal "Real Təhlil və İnformasiya Mərkəzi" MMC-nin nəzdində 15 mart 2018-ci ildə qurulub.
 
"Real TV" Azərbaycanın 12-ci və ilk ümumrespublika xəbər kanalıdır.
 
Milli Televiziya və Radio Şurası “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verib. Kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır.
 
Ötən ilin sonunda kanal 24 saatlıq yayıma keçib.
 
Televiziyanın Youtube səhifəsinə gün ərzində telekanalda yayımlanan maraqlı sujetlər, müsahibələr yerləşdirilir.
 
Cəmiyyətin direktoru Mirşahin Ağayevdir.
# 931
avatar

Oxşar yazılar