"Mediasiya haqqında" yeni qanun layihəsi hazırlanıb
14 mart 2019 15:03 (UTC +04:00)

"Mediasiya haqqında" yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı yeni qanun layihəsi hazırlanıb.
 
ONA-nın əldə etdiyi məlumata görə, bu, “Mediasiya haqqında” qanun layihəsidir.
 
Yeni sənəd Konstitusiyanın 94-c maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.
 
Mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir.
 
Mediator - Peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu qanunun tələblərinə cavab verən şəxsdir.
# 828
avatar

Oxşar yazılar