Millimiz Rusiyadan xal aldı
11 mart 2019 22:06 (UTC +04:00)

Millimiz Rusiyadan xal aldı

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında VI turun görüşləri başa çatıb. ONA-nın məlumatına görə, birgünlük fasilədən sonra davam etdirilən yarışa əsas heyətlə qatılmayan kişilərdən ibarət Azərbaycan yığması mundialın lideri Rusiya ilə qarşılaşıb.
Millimiz şimallılarla heç-heçə edib – 2:2. Arkadi Naydiçin rusiyalı rəqibi üzərində qələbəsi ümumi hesabda üstünlük üçün yetərli olmayıb. Buna Rauf Məmmədovun məğlubiyyəti imkan verməyib. Digər iki lövhədə isə Eltac Səfərli ilə Nicat Abbasov heç-heçə ilə kifayətləniblər. Rusiyalılar çempionatda ikinci dəfə xal itiriblər.
 
Turun digər matçlarında ABŞ İsveçə, Hindistan Qazaxıstana çətinlik çəkmədən qalib gəliblər – 3,5:0:5. İngiltərə İranı 3:1 hesabı ilə yenib. Çin isə Misirlə qarşılaşmada gözlənilmədən xal itirib – 2:2.
Qeyd edək ki, sabah keçiriləcək VII turda yığmamız Hindistanla üz-üzə gələcək. Digər matçlarda Çin - İsveç, İngiltərə - Misir, Qazaxıstan – İran, ABŞ - Rusiya cütləri görüşəcək.
 
Dünya çempionatı
VI tur
11 mart
Rusiya – Azərbaycan - 2:2
Sergey Karyakin - Arkadi Naydiç - 0:1
Yan Nepomnyaşi - Rauf Məmmədov - 1:0
Aleksandr Qrişuk - Eltac Səfərli - 0,5:0,5
Vladislav Artyomov - Nicat Abbasov - 0,5:0,5
 
Turnir cədvəli: Rusiya - 10 xal, Hindistan, İngiltərə - 9, ABŞ - 8, Çin - 6, İran - 5, Azərbaycan, Qazaxıstan, İsveç - 4, Misir - 1.
# 710
avatar

Oxşar yazılar