İlham Əliyev və Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında
07 mart 2019 12:31 (UTC +04:00)

İlham Əliyev və Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.
 
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.
# 616
avatar

Oxşar yazılar