<b>Yataqxanadakı yanğında zərərçəkənlərdən <span style="color:red;">XƏBƏR VAR - 5 nəfərdən 3-ü... </b>
06 mart 2019 16:29 (UTC +04:00)

Yataqxanadakı yanğında zərərçəkənlərdən XƏBƏR VAR - 5 nəfərdən 3-ü...

Bakının Nərimanov rayonunda baş verən yanğında xəstəxanaya yerləşdirilən 5 nəfərdən 3-ü evə buraxılıb.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qalan iki nəfərin isə vəziyyətinin yaxşı olduğu, martın 7-də evlərinə buraxılacağı qeyd olunub.

Qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardıma ümumilikdə 22 müraciət daxil olub. Onlardan 5 nəfər hospitalizasiya edilsə də, hazırda 3-ü evə buraxılıb.

Yanğın zamanı 2 nəfər dünyasını dəyişib.

 

 

 

# 596
avatar

Aygün İbrahimli

Oxşar yazılar